Çempionlar Liqasının qrup mərhələi çərçivəsində səfərdə "Braqa" ilə qarşılaşacaq "Qalatasaray" oyun öncəsi ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, "Cim-Bom"un əsas qapıçısı Fernando Muslera zədələnib.
“Qaziantepspor”la Superliqa matçında zədələnən uruqvaylı qolkiperin zədəsi ciddidi. Belə ki, Musleranın sağ ayaq əzələsində qırılmalar aşkarlanıb. Musleranın uzun müddət yaşıl meydanlardan kənarda qalacağı və mövsümün ilk yarısını qapatdığı bildirilir.