Millimizdən inamlı qələbə
25.10.2019 , 01:52
Futzal üzrə Azərbaycan millisi DÇ-2020-nin seçmə qrup mərhələsində bu gün ikinci oyununa çıxıb.
Korner.az xəbər verir ki, Joze Alesio da Silvanın başçılıq etdiyi etdiyi yığmamız Monteneqro ilə qarşılaşıb. Azərbaycan millisi bu görüşdə də rəqibini məğlub edib – 3:2.
Milli əsas mərhələdə son oyununu oktyabrın 26-da Slovakiyaya qarşı keçirəcək.
DÇ-2020. Qrup mərhələsi
II tur
24 oktyabr
Azərbaycan – Monteneqro – 3:2
Qollar: Bolinya, 5, Ramiz Çovdarov, 22, Əmir Şocaiyi, 34 – Petrar Peroşeviç, 8, Aleksandr Obradoviç, 10