big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qarabağ” Azərbaycanı qürurlandırdı” – Tahir Gözəl

25.10.2019 , 01:46

Avropa Liqasının qrup mərhələsində evdə APOEL-lə 2:2 hesablı heç-heçə edən “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırdı.

Korner.az xəbər verir ki, klub rəsmisi oyunu şərh edib:

– Bu oyunun nəticəsinə adam üzülür. “Qarabağ”ın oyunu möhtəşəm idi. Ona görə üzülürük ki, komandamız burda qalib gəlməli idi. Oyunumuzla buna layiq idik. Çox epizodlarımız oldu. Səhvlərimiz də baş verdi. Buna baxmayaraq, performans möhtəşəm alındı. “Qarabağ” Azərbaycanı qürurlandırdı. Qrupda 2-ci yerdəyik. Bu o deməkdir ki, mübarizəni davam etdiririk. “Qarabağ” bugünkü kimi oynamağa davam etsə, inşallah, tarixdə etmədiyini reallaşdıracaq və mərhələni keçəcək. “Qarabağ”dan məmnunam. Bu oyun xoş təsir bağışladı. Burdan qalib çıxmalı idik. Mübarizəyə davam edəcəyik.

– “Qarabağ” APOEL-i Kiprdə bir dəfə məğlub edib. Bu dəfə də reallaşdırmaq olar?

– Əlbəttə, olar. “Qarabağ” bu gün oyuna dominantlıq edirdi. APOEL ciddi rəqibdir. Amma Kiprdə qarşılarında güclü “Qarabağ” görəcəklər. Səfərə böyük əzmlə yollanacağıq. Klubuma inanıram.

– Nəticədən razı qaldınız?

– Xeyr! Biz bu gecə qalib gəlməyə layiq idik. Bərabərlik də pis deyil. Yerimizi qoruduq. Hesab edirəm ki, üstünlük hələ bizdədir. Səhv etməməliyik. Bu istəyi davam etdirsək, inanıram ki, mərhələni keçəcəyik. Qrupda ikinci yerdə gedirik. Biz əlimizdən gələni etməliyik. Qurban müəllim və klubumuz bu fürsəti qaçırmamalıdır. Futbol həyatdır.

– “Qarabağ” iki xal itirdi?

– Bəli. Amma ikinci yerdə gedirik. Beş dəqiqə sevindik, daha sonra üzüldük. Günümüz belə keçdi.

Son yazılar

To Top