“Bavariya”da ciddi itki
21.10.2019 , 19:27
“Bavariya” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Niklas Süle zədələnib.
“Bavariya”nın Bundesliqanın VIII turunda “Ausburq”la qarşılaşdığı oyunun (2:2) 12-ci dəqiqəsində zədələnərək meydanı tərk edən Süle artıq əməliyyat olunub.
Almaniya mətbuatının yaydığı xəbərə görə, alman müdafiəçi ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq.