"Neftçi" – "Sumqayıt" oyununun 31-ci dəqüiqəsində maraqlı hadisə yaşanıb.
Korner.az-ın məlumsatına görə, Nikola Kanalesin qapıçıyla təkbətək çıxa biləcəyi epizodda yan hakimin ofsayd bayrağı qaldırması meydan sahibi komandanın məşqçilər korpusunun etirazı ilə qarşılanıb.
Laynsmana etirazını kəskin şəkildə bildirən Böyüksağa Hacıyev baş hakim tərəfindən tribunaya göndərilib. Hacıyev bir neçə dəqiqə hakimlərlə mübahisə etdikdən sonra tribunaya qalxıb.