"Bakı"nın iki futbolçusu əməliyyat olundu
“Bakı”nın hücumçusu Uinston Parks bu gün Türkiyədə dizin ön çapraz bağının bərpası əməliyyatı keçirib.
Korner.az-ın məlumatına görə, Acıbadem Fulya xəstəxanası İdman bölümündə professor doktor Ömər Taşer tərəfindən əməliyyat olunan futbolçunun vəziyyəti qənaətbəxş dəyərləndirilir.
Cərrahiyyə əməliyyatının uğurlu alındığı və Parksın təkrar müayinələrdən sonra noyabrın 19-da evə buraxılacağı bildirilib. Eyni gündə Acıbademdə “Bakı”nın gənc futbolçusu Eltun Hüseynov da əməliyyata məruz qalıb. Dizinin kənar yan bağında yırtıq aşkarlanan Eltunun da bərpa əməliyyatı sonrası özünü yaxşı hiss etdiyi və bir neçə gün həkim nəzarətində olacağı açıqlanıb.