Sanyol Messinin ən güclü adlandırdı
Fransa millisinin və Almaniyanın "Bavariya" klubunun sabiq futbolçusu Villi Sanyol Lionel Messinin Kriştiano Ronaldodan daha üstün bir futbolçu olduğunu bildirib.
Korner.az-ın məlumatına görə, frasnız müdafiəçi fifa.com-a verdiyi açıqlamada bunları deyib:
"Bacarıq və mükəmməlliyinə baxsaq Messi əlçətmaz bir zirvədədi. Klubunda və milli komandasında nə etdiyinə baxsaq o zaman görərik ki, onun kimi ikinci bir futbolçu yoxdu. Buna görə də, o yeni-yeni rekordlar qırır. Ronaldo da, çox güclü futbolçudu".