"Xəzər Lənkəran"ın yeni baş məşqçisi 48 saata bəlli olacaq
"Xəzər Lənkəran"ın yeni baş məşqçisinin ispan olacağı haqda sizə ilk məlumatı biz versək də, hələ ki, "ağ-yaşıllar"ın yeni çalışdırıcısının kimliyi haqda informasiya əldə edə bilməmişik.
Klubun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev Korner.az-a açıqlamasında yeni baş məşqçisinin sabah və ya biri gün içərisində yeni müqavilə üçün ölkəmizə gələcəyini bildirib:
"Yeni baş məşqçinin gəlişi 2-3 günlük yuvanıb. Bu gün yolunu gözlədiyimiz məşqçi sabah və ya biri gün içərisində içərisində ölkəmizə gəlməlidi. Yuvanma səbəblərini bilmirik".