XIII tur Bakıda başlayıb, Bakıda bitəcək
Azərbaycan Premyer Liqasında XIII turun oyunlarının başlama saatı açıqlanıb.
Korner.az-ın PFL-ə istinadən yaydığı xəbərə görə, tura noyabrın 17-də start veriləcək, noyabrın 19-da isə yekun vurulacaq:
17 noyabr (şənbə)
“Neftçi” – “Sumqayıt”
8-ci km.stadionu, 15:00
18 noyabr (bazar)
“Bakı” – “Xəzər Lənkəran”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 14:00
“Qarabağ” – “Simurq”
T.Bəhramov adına Respublika stadionu, 16:00
“İnter” – “Turan”
“Şəfa” stadionu, 18:00
19 noyabr (bazar ertəsi)
“Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu, 14:00
“Rəvan” – AZAL
Bayıl Arena stadionu, 16:00
