“Borussiya”dan “Bavariya”ya
18.08.2019 , 18:47
“Bavariya” Münhenqladbax “Borussiya”sının futbolçusu Mikael Kyuizansı transfer edib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Fransalı oyunçunun gələn həftədən məşqlərə başlayacağı bildirilib.
M.Kyuizans 2017-ci ildən Münhenqladbax klubunda oynayırdı.