"Lənkəranda azarkeşlər məni çox isti qarşıladı. Belə bir şey gözləmirdim. Sağolsunlar unutmayıblar və mənim kimi gənc futbolçuya dəyər verirlər. Qəbələdə də, azarkeşlər belədi. Orda da, mənim oyunumu bəyənirlər və gənc futbolçulara azarkeşlər tərəfindən dəstək var. Lakin Lənkəranda həm oyundan öncə, həm də oyundan sonra azarkeşlər məni alqışladılar".
Bu sözləri Korner.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Şəhriyar Xəlilov deyib. Ötən mövsüm "Xəzər Lənkəran"ın şərəfini qoruyan müdafiəçi penalti epizoduna belə şərh verdi:
"Ümumilikdə oyun bərabər səviyyədə keçdi. Penalti epizoduna gəlincə isə, yoxdu desəm bəlkə də, haqsızlıq olar. Məncə penalti var idi".