İngiltərənin ikinci divizionunda mübarizə aparan “Şeffild Uensdey” və “Lids” klubları arasındakı matçda xoşagəlməz olay yaşanıb.
Korner.az-ın məlumatına görə, qarşılaşmanın 77-ci dəqiqəsində girən qonaq komanda azarkeşi meydan sahiblərinin qapıçısı Kris Kirklendi vurub. Daha sonra isə fanat tribuna geri qayıdaraq çoxsaylı azarkeşlər arasında itib.
Hücuma məruz qalan qolkiper isə həkim müayinəsindən sonra oyunu davam etdirib.