Sabah "Qarabağ" Premyer Liqanın XIX turu çərçivəsində ev sahibi olaraq "Bakı"nı qəbul edəcək. Korner.az-ın məlumatına görə, komanda bu il eyni zamanda ilk dəfə Tofiq Bəhramov adına stadionun xidmətindən yararlanacaq.
Bu oyun yeni mövsümdə "Qarabağ" üçün daha bir ilklə yadda qalacaq. Belə ki, cari mövsümdə ilk dəfə "Qarabağ"ın iştirak etdiyi oyun canlı yayımlanacaq. Oktyabrın 20-si saat 16:00-da mərkəzi arenada başlayacaq oyunu "İdman-Azərbaycan" kanalı canlı olaraq ekranlara gətirəcək.