8 illik diskvalifikasiya olundu
23.03.2022 , 13:59
Dopinq-test üçün verdiyi analizi dəyişdirməkdə şübhəli bilinən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov sərt cəzalandırılıb.
Korner.az xəbər verir ki, Qazaxıstanı təmsil edən 29 yaşlı idmançı 8 il müddətinə diskvalifikasiya olunub.
O, 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazandığı qızıl medaldan da məhrum edilib.
