75-ci oyunda 100-cü qol
13.02.2022 , 12:49

“Neftçi” Azərbaycan kubokunda 75-ci səfər matçına çıxıb.
Korner.az xəbər verir ki, 1/4 final mərhələsinin “Sabah”la cavab görüşündə 3:1 hesablı qələbə qazanan “ağ-qaralar” 39-cu dəfə rəqib meydanında qalib gəlib. Paytaxt təmsilçisi 18 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb.
“Neftçi”nin bu görüşdəki son qolunu vuran Ramon Maçado da tarixə düşüb. O, komandasının 100-cü səfər qolunun müəllifi olub.
Qeyd edək ki, “Neftçi” yubileyi rəsmiləşdirdiyi hər iki göstəricidə Azərbaycan rekordçusudur.
