Topaz Premyer Liqasının VI turunun 4 oyunu canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, 12 sentyabr – cümə axşamı saat 19:00-da start götürəcək “Neftçi” – “İnter” oyunu “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq. 13 sentyabr saat 19:00-da başalayacaq “Rəvan” – “Qarabağ” matçı da sözügedən kanalda canlı yayımlanacaq. “İdman Azərbaycan” şənbə günü keçiriləcək “Xəzər Lənkəran” – “Bakı” (saat 19:00) və bazar günü oynanılacaq AZAL – “Qəbələ” (18:00) görüşünü də təqdim edəcək.
