big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

33 il əvvələ səyahət: əməkdar jurnalistin “Neftçi”nin fiaskosu haqda YAZIsı (II HİSSƏ)

12.02.2016 , 12:58

Yəqin ki, hər bir futbol azarkeşi razılaşar, SSRİ
dövründə indiki ilə müqayisədə, Azərbaycanda insanların futbola marağı daha çox
idi. İnsanlar, demək olar ki, “Neftçi”nin hər oyununda stadionları doldurur,
“ağ-qaralar”ın hər qarşılaşmasında qələbəlik yaşanırdı. Baxmayaraq ki, komanda
heç də gözlənilən səviyyədə çıxış etmirdi.. Bunu əməkdar jurnalist Şamil Şahməmmədovun
hazırladığı “Futbol-83” adlı məlumat kitabçasındakı “Neftçi” ümidləri
doğrultmadı” başlıqlı məqalə də təsdiqləyir. Məqalənin birinci hissəsini ötən
günlərdə diqqətinizə çatdırmışdıq. Bu dəfə isə ikinci hissəni ixtisarla təqdim
edirik:

 (Yazının ilk hissəsini isə burdan oxuya bilərsiz)

Əslinə qalsa, keçən il “Neftçi” çempionata heç də pis
başlamamış,dörd turdan sonra cədvəldə 7-ci pillədə qərarlaşmışdı. Lakin Kutaisi
və Daşkənddəki məğlubiyyətlərdən sonra komanda “uğursuzluq zolağı”na düşdü.
Bütün bunların fonunda isə komandamız 16-cı pilləyə qədər gerilədi. Bu baxımdan
“Neftçi”ni yaxından tanıyanlar onun qəribə bir özəlliyini izah edə bilmirlər:
Komanda özündən güclü klublarla prinsipial oyunları özündən zəif rəqiblərlə
görüşlərə nisbətən daha yaxşı keçirir. Bu, təkcə indinin məsələsi deyil, həmişə
belə olmuşdur. Komandada nəsillərin dəyişməsinə baxmayaraq, həmin ənənə indinin
özündə də davam edir. Elə “Spartak”la oyunu xatırlayaq: Ardıcıl üç məğlubiyyətdən
sonra Bakıya qayıdan həmyerlilərimiz liderlər qrupunda olan adlı-sanlı rəqibi məğlub
etməyi bacarmışdı (4:3). Həmçinin, “Neftçi” çempion olmuş Minsk
“Dinamo”çularını (3:2), gümüş medallara sahib çıxmış kiyevliləri də məğlubiyyətə
uğradıb (2:1). Özü də bütün bu qələbələr komandamızın ən çətin vaxtlarında,
bıçaq sümüyə dayananda baş vermişdir.

 

Belə çıxır ki, ürəklə, qələbə əzmi və istəyi ilə istənilən
rəqibi meydandan boynubükük yola salmaq mümkündür. Əlbəttə, bütün mövsümü birnəfəsə
keçirmək, bütün rəqiblərlə eyni səviyyədə oynamaq müşkül məsələdir və heç kimə
müəssər olmamışdır. Lakin odsuz-alovsuz, hissiyatsız oyun rəqibə və tamaşaçıya
qarşı etinasızlıq, həmişə ağır fəsadlar doğurmuşdur.

 

Dünya çempionatı ilə əlaqədar ölkə birinciliyinə fasilə
veriləndə “Neftçi” turnir cədvəlinin orta pillərində məskunlaşmışdı və “zirzəmiyə
enəcəyi” heç də proqnozlaşdırılmırdı. Komandamız ölkənin yığma komandasında
(SSRİ millisi nəzərdə tutulur – red.) təmsil olunmamışdı və növbəti oyunlara
daha yaxşı hazırlaşmaq üçün hər cür imkana malik idi. Təəssüf ki, futbolçuların
oyun formasını qoruyub saxlamaları üçün lazımı tədbirlər görülmədi. Fasilə bir
sıra komandalar, ilk növbədə “Dinamo” (Minsk) üçün səmərəli məşqlər, qarşıdakı
oyunlara ciddi hazırlıq mərhələsi, “Neftçi” üçün isə sadəcə istirahət dövrü
idi.

Belə demək üçün kifayət qədər əsas vardır. Dünya
çempionatından dərhal sonra bakılılar Tbilisidə çıxış etmiş, ilk qolu
buraxdıqdan ruh düşkünlüyünə qapılara cəmi doqquz dəqiqə ərzində topu 4 dəfə
qapılarından çıxartmalı olmuşdular. Ümumi hesab 5:3 olmuşdur. Bundan sonra isə
həmyerlilərimiz Leninqradda (indiki Sankt-Peterburq – red.) axırıncı dəqiqədə məğlubiyyətdən
qurtulmuş, ancaq Minskdə gələcək çempiona məğlub olmuşdur (1:3).

 

Güman etmək olardı ki, “Neftçi” çətin səfərdən
qayıdıb, öz meydançasında yaxşı oynayacaq, çempionatın “ekvator xətti”ni mümkün
qədər yüksək pillədə keçməyə müvəffəq olacaqdır. Ancaq bu ümidlər özünü
doğrultmadı. Komandamız birinci dövrəni 14 xal ilə başa çatdırdı və “Kayrat” ilə
birlikdə 14-15-ci pillələri bölüşdürürdü.

 

İkinci dövrə isə Dnepropetrovskda və Xarkovda iki məğlubiyyətlə
başlandı. 19-cu turdan sonra “Neftçi” artıq 16-cı pillədə idi və yalnız
kutaisililərlə donetsklilərin daha zəif nəticələr göstərməsi sayəsində təhlükəli
zonaya enməmişdi. Kutaisi torpedoçuları, “Paxtakor” və “Kayrat” üzərində
ardıcıl qazanılan qələbələr komandamıza qısa müddətdə qızılar bərabər 6 xal
verdi. Ancaq bu sevinc uzun vermədi.

 

Sentyabr ayı “Neftçi” üçün çox uğursuz keçdi.
Komandamız Moskvada “Spartak”a (0:5) bə “Dinamo”ya (0:2) məğlub oldu. Bakıya
qayıdıb irəvanlılarla oyunda da xal qazana bilməyib, oktyabrın əvvəllərində isə
Ukraynaya yola düşərək, Odessada (2:3) və Kiyevdə (0:4) məğlubiyyətə uğradı.Həmin
dövrdə “Neftçi” təhlükəli zonada idi və hətta “Şaxtyor” və “Torpedo” (Kutaisi)
belə turnir cədvəlində onu ötmüşdülər. Ümid yalnız Bakıda keçiriləcək oyunlara
qalırdı. Ancaq növbəti oyunlarda komandamızın rəqibləri cədvəlin 6-cı piilləsində
olan “Zenit” və çempionatın lideri “Dinamo Minsk” idi.

 

Ardıcıl beş oyunda bir xala belə qazana bilməyən, 15
top buraxıb,cəmi ikisini vuran, bir kollektivdə yaranmış ruh düşkünlüyünü təsəvvür
etmək çətin deyildir. “Neftçi” məhz belə bir vəziyyətdə idi. Lakin bu gərgin məqanda
komada iradəsini toplaya bildi, güclü rəqiblərin qarşısında davam gətirdi.
“Zenit” ilə oyunda Nurməmmədovun güclü zərbəsi futolçularımıza çətin qələbə
qazandırdı. Qarşıda isə daha çətin rəqib “Dinamo Minsk” var idi. Sözügedən
qarşılaşma futbolçularımızın taleyini həll edirdi. Rəqib son dərəcə güclü idi,
bunu hamı bilirdi. Çempionluğa can atan belarusların bu görüşdə qələbə
qazanacağı ehtimal edilirdi. Lakin bizimkilərin də itirəcək heç nəyi qalmamışdı.
Buna görə də komandamız lider ilə görüşü yüksək səviyyədə, bütün mövsüm ərzində
gözlədiyimiz oyun ustalığı ilə keçirdi.Oyunun gedişində həmyerlilərimiz iki dəfə
hesabda önə keçdi. Qızıl medallara ən real namizəd olan bir komanda autsayderin
görüşündə bu, gözlənilməz gedişat idi. Belə bir cəsarəti həmyerlilərimizə təhlükəli
pillələrdən uzaqlaşmaq əzmi,güclü rəqibdən çəkinməyərək, mütləq qələbə qazanmaq
arzusu vermişdi. Mövsümün ən böyük sensasiyalarından birində Səməd Qurbanov,
Asif Əliyev və Maşallah Əhmədovun vurduğu üç qol “Neftçi”nin 3:2 hesablı qələbəsini
təmin etdi.

Hazırladı: Ürfan Məmmədzadə

Son yazılar

To Top