Mikroneziya milli komandası “Okeaniya oyunları”nda keçirdiyi hər 3 görüşdə fantastik hesablarla məğlub olmağı “bacarıb”.
Korner.az saytı xəbər verir ki, sözügedən milli komanda Taitiyə 30-0, Ficiyə 38-0 məğlub olduqdan sonra bu dəfə də Vanuatuya 46-0 hesabı ilə uduzub.
Onu da qeyd edək ki, Mikroneziya FİFA tərəfindən tanınmadığına görə bu hesablar rəsmi qeydlərdə yerini tapmayıb. Bu sahədə rekord Avstraliyaya 31-0 hesabı ilə məğlub olan Amerika Samoasına aiddir.
