big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

28-ci “Böyük oyun”

23.08.2013 , 09:15

Həftəsonu baş tutacaq oyun “Xəzər Lənkəran”la “Neftçi” arasında 28-ci matç olacaq.

Korner.az-ın məlumatına görə,  “Böyük oyun” adı ilə tanınan prinsipial duelin iştirakçıları indiyədək 27 dəfə üz-üzə gəlib. Əvvəlki görüşlərdən 25-i çempionat, 2-si kubok yarışlarına təsadüf edib. İndiyədək komandalar 11 dəfə meydandan heç-heçə ilə ayrılıb. Bunların 10-u çempionat, 1-i kubokda qeydə alınıb.

Qələbələrin sayına gəlincə isə burda bərabərlik hökm sürür. “Neftçi” çempionatda, “Xəzər Lənkəran” kubokda minimal üstünlüyə malikdir. Bütün qələbələrini çempionatda əldə edən bakılılar 8 dəfə 3 xala sevinib. 1 qələbəsi kuboka təsadüf edən “Xəzər Lənkəran” 7 dəfə çempionat oyununda sevinən tərəf olub. Top fərqində də hələlik “Neftçi” öndədir – 28:25. Cənub komandasının bu dəfəki qələbəsi ümumi balansda tarazlığı tərəfimizə keçirə bilər.

Ümumi balansda bərabərliyə baxmayaraq, Lənkərandakı oyunlarda qonaqlar zəif olub. Baş tutan 13 görüşdə 6 dəfə meydan sahibləri qalib gəlib və 5 dəfə heç-heçə alınıb.Paytaxt klubu yalnız iki dəfə Lənkəranda qələbə qazanıb, son belə qalibiyyət isə 2007-ci ilə təsadüf edir. Lənkərandakı oyunlarda top fərqi isə 12:7-dir. Öz meydanındakı son 3 matçda qalib gələn “Xəzər Lənkəran” artıq 9 matçdır evdə “Neftçi”yə uduzmur.

“Böyük oyun”larda vurulan 53 qola 36 futbolçu imza atıb. “Xəzər Lənkəran”ın 19, “Neftçi”nin 17 oyunçusu bu qarşılaşmalarda fərqlənib. “Neftçi”də oynadığı vaxt Ruslan Abışov “Böyük oyun”lardakı yeganə avtoqola üzülüb. Bu görüşlərin ən məhsuldar oyunçusu Flavinyodur. Onun hesabında 6 qol var. “Neftçi”nin digər üzvü Zaur Tağızadə isə 4 dəfə fərqlənib. “Xəzər Lənkəran”ın ən məhsuldar üzvü isə Julius Vobaydır – 3 qol. Uinston Parks, Rəşad Abdullayev, Zaur Ramazanov “Xəzər Lənkəran”ın, Nikolas Kanales, Bahodir Nasimov və Svetoslav Stefanov isə “Neftçi”nin heyətində 2 qol vurublar.

“Xəzər Lənkəran” – “Neftçi”: Bütün oyunlar

Azərbaycan çempionatı

2004/05 mövsümü

08.12.2004. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Oktay Dərəlioğlu – Emin Quliyev

11.05.2005. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə (2) – İlqar Qurbanov

“Qızıl oyun”

10.06.2005 “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Ruslan Abbasov, Zaur Tağızadə – Alim Qurbanov

2005/06 mövsümü

18.12.2005. “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Nadir Nəbiyev

30.05.2006. “Neftçi” – “Xəzər Lənkəran” – 2:2
Branimir Subaşiç, Svetoslav Stefanov – Mahmud Qurbanov, Xaqani Məmmədov

2006/07 mövsümü

11.08.2006. “Xəzər Lənkəran” – “Neftçi” – 2:1
Zaur Ramazanov (2) – Svetoslav Stefanov

16.02.2007. “Neftçi” – “Xəzər Lənkəran” – 1:0
Vadim Borets

2007/08 mövsümü

10.11.2007. “Xəzər Lənkəran” – “Neftçi” – 0:1
Georgi Adamiya

11.05.2008. “Neftçi” – “Xəzər Lənkəran” – 0:1
Rəşad Abdullayev

2008/09 mövsümü

19.10.2008. “Xəzər Lənkəran” – “Neftçi” – 2:0
İvan Svetkov, Rəşad Abdullayev

12.04.2009. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə, Əli Cansun – Əhməd Dursun

2009/10 mövsümü

İlkin mərhələ
08.11.2009. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0

17.02.2010. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0

Final mərhələsi
27.03.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0

01.05.2010. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0

2010/11 mövsümü

İlkin mərhələ
25.09.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Dieqo Ruiz

13.02.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0

Azərbaycan kuboku, 1/4 final

03.03.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 3:4
Flavio Aleks Valensio (2), Slavko Georgiyevski – Uinston Parks, Manuel Skarlatake, Julius Vobay, Andrei Mureşan

08.03.2011. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Uinston Parks – Flavio Aleks Valensio

Azərbaycan çempionatı
Final mərhələsi

18.03.2011. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Julius Vobay – Rodriqo Sezar Kastro

18.05.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 1:1
Cavid İmamverdiyev – Julius Vobay

2011/12 mövsümü

İlkin mərhələ
10.09.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Ruslan Abışov – öz qapısına

06.11.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 5:0
Flavio Aleks Valensio (2), Bahodir Nasimov (2), Fərid Quliyev

Final mərhələsi

24.03.2012. “Neftçi” – “Xəzər Lənkəran” – 1:1
Ruslan Abışov – Rahid Əmirquliyev

22.04.2012. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0
Rikardo Qomeş

2012/13 mövsümü

İlkin mərhələ

15.09.2012. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Nikolas Kanales, Flavio Aleks Valensio – Sadio Tounkara

14.12.2012. “Xəzər Lənkəran” – “Neftçi” – 2:1
Dmitrios Sialmas, Adrian Pit – Nikolas Kanales

Son yazılar

To Top