big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

25-ci duel

08.05.2021 , 10:38

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tur start götürəcək. “Qəbələ” turun ikinci günündə “Zirə” ilə görüşəcək. “Qırmızı-qaralar” bu matçı səfərdə keçirəcək.

Korner.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq matç iki rəqib arasında 25-ci duel kimi tarixə düşəcək. Əvvəlki 24 qarşılaşmada 9 qələbə qazanan “Qəbələ” üstünlüyə malikdir. 10 heç-heçəsi olan komanda 5 dəfə məğlub olub. Baş tutan görüşlərdə 33 qol vuran “Qəbələ” öz qapısından 22 top buraxıb. “Qırmızı-qaralar”ın bu oyunlarda ən yaxşı bombardiri Aleksey Qaydır. Ukraynalı yarımmüdafiəçi “Zirə” ilə matçlarda 4 qola imza atıb. Ermin Zets 3, Teo Uiks, Filip Ozobiç, Stiven Monroz, Davit Volkov, Rövlan Muradov və Fernan Lopez hərəyə 2 qola sevinib.

Əvvəlki 24 qarşılaşmadan 22-si çempionat, 2-si kuboka təsadüf edib. Premyer Liqa çərçivəsində baş tutan 22 görüşdən yeddisində 3, onunda 1 xal əldə edən “Qəbələ” 5 dəfə uduzub. Komanda 26 qol vurduğu matçlarda 20 top buraxıb.

13-cü dəfə “Zirə”nin qonağı olacaq “qırmızı-qaralar” bu rəqiblə səfərdə 12 matç keçirib. “Qəbələ” rəqib meydanındakı matçlarda eyni sayda – 4 dəfə qələbə, heç-heçə və məğlubiyyət qeydə alınıb. “Qırmızı-qaralar” bu görüşlərdə 15 qol vurub və 13-nü buraxıb.

Mayın 9-da keçiriləcək “Zirə” – “Qəbələ” matçı saat 18:00-da başlayacaq.

Son yazılar

To Top