big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

2012-ci il: “Qəbələ” haqda hər şey (Statistika)

25.12.2012 , 06:07

"Qəbələ" başa çatmaqda olan 2012-ci ildəki çıxışlarını başa vurub. Komanda il ərzində 35 qarşılaşma keçirib. 2012-ci ilə Zaqatalada keçirdiyi oyunla başlayan "Qəbələ" fevralın 16-da "Simurq"u 1 cavabsız qolla məğlub etmişdi.

Korner.az-ın məlumatına görə, qələbə ilə başlayan il Tovuzda qazanılan 3 xalla bitdi. 2 səfər qələbəsi komandanın 35 oyunluq marafonun start və finişi oldu.

17 qələbə

İl ərzində 4 yarışa qatılan "Qəbələ" 2 ölkə çempionatı və 2 kubokunun iştirakçısı oldu. 2011/12 mövsümünün 2-ci hissəsi və 2012/13 mövsümünün ilk bölümündə baş tutan 35 qarşılaşmanın təxminən yarısında – 17 dəfə qalib gələn komanda cəmi 10 dəfə uduzdu. Daha 8 qarşılaşma isə heç-heçə başa çatdı.

10 ev qələbəsi

Komanda 35 oyundan 17-ni evdə, 18-ni isə səfərdə keçirdi. Öz meydanında az matç keçirməsinə baxmayaraq evdə daha çox qələbə qazanan "Qəbələ" qol və xal sayında da meydan amilindən yararlanıb. Komanda öz meydanında 10, rəqib meydanlarında 7 dəfə qalib olub.

2 baş məşqçi

"Qəbələ" 2012-ci ili 2 baş məşqçinin rəhbərliyi altında keçirib. Sentyabrın sonlarına kimi türkiyəli Fatih Kavlak, ilin yerdə qalan bölümünü isə Ramiz Məmmədov iş başında olub. Əcnəbi mütəxəssis 22, onun xələfi isə 13 qarşılaşmada komandanı meydana çıxarıb.

34 futbolçu

2 baş məşqçi 35 görüşdə 34 futbolçuya güvənib. Bu oyunçular arasında mütləq rekord Yannik Kamanana məxsusdur. O, bütün qarşılaşmalarda meydana çıxan yeganə futbolçudur. 3 futbolçu – Luiz Paulo, Bruno da Silva və Viktor Mendi isə hərəyə 1 qarşılaşmanı kənardan izləyib.

Kamanan öndə

Yuxarıdakı cədvəldən göründüyü kimi "Qəbələ"nin 50 qoluna 15 futbolçu imza atıb. Hamıdan çox oyun keçirən Yannik Kamanan həm də 2012-ci ilin ən məhsuldar oyunçusudur. O, 11 dəfə fərqlənib. Viktor Mendi bu siyahıda da Kamanandan cəmi 1 qol geri qalır.

4 qapıçı

İl ərzində komandanın qapısını 4 qapıçı qoruyub. Onlar arasında ən az qol buraxanı Anar Nəzirovdur. O, 10 matçda 6 dəfə topu qapısından çıxarıb.

9 hakim

2012-ci ildə "Qəbələ"nin keçirdiyi 35 qarşılaşmada 9 hakim fit çalıb. Onlar arasında rekordçu Anar Salmanovdur. O, komandanın 7 matçına təyinat alıb. Həm Salmanov, həm də Elçin Məmmədov "Qəbələ"lilərə daha çox – 19 vərəqə göstərib. Sonuncunun göstərdiyi vərəqələrdən 3-ü qırmızı olub. Fariz Yusifov isə komandanın rəqiblərinin qapısına 3 penalti təyin edib.

80 sarı

Ümumilikdə 88 vərəqə ilə cəzalanan "Qəbələ"nin futbolçuları 80 dəfə qarşısında sarı vərəqə görüb. Daha çox – 14 dəfə Ürfan Abbasov cəzalanıb.

8 qırmızı

İl ərzində hakimlər 8 dəfə "Qəbələ"nin oyunçularına qırmızı vərəqə göstərib. Cəzalanan 6 futbolçu arasında Aleksandr Çertoqanov 3 dəfə qırmızı vərəqə almaqla "fərqlənib" Bu 8 qırmızıdan 2-si birbaşa, 6-sı 2-ci sarı vərəqə üzündən göstərilib. Yalnız Deon Barton və Rəşad Abdullayev birbaşa belə cəza alıb.

8 kapitan

2012-ci ildə "Qəbələ"ni meydana 8 kapitan çıxarıb. Onlar arasında rekord Mahir Şükürova məxsusdur – 12 dəfə. Son matçlarda kapitan olan Rəşad Abdullayev ondan 1 oyun geri qalır.

8 penalti

"Qəbələ"nin 2012-ci ildə keçirdiyi oyunlarda 8 penalti təyin olunub. Bunlardan 6-sı rəqiblərin, 2-si "Qəbələ"nin qapısına təyin edilib. Komandanın futbolçularından Rəşad Abdullayev hər 2 şansdan, Lorival Assis 1 imkandan yararlanıb. Yannik Kamanan 2, Bruno da Silva 1 penaltini boşa verib. Rəqib penaltilərdə də 50 faizlik göstərici qeydə alınıb. Dieqo Kosta qol buraxmayıbsa, Anar Nəzirov penaltini dəf edə bilməyib.

4 dubl

2012-ci ildə "Qəbələ"nin futbolçuları 4 dubla imza atıb. Yannik Kamanan hamıdan çox 2 dəfə bunu bacarıb. Luiz Paulo və Umar Kalabane isə hərəyə 1 matçda 2 qol vurub. Yannik martın 3-də "Rəvan", 11-də "Neftçi"yə 2 qol vurub. Luiz də məhz son çempionlar həmin görüşdə dubl edib. Umar isə avqustun 26-da "Sumqayıt"ın qapısına 2 dəfə yol tapıb.

4 böyük hesab

"Qəbələ" 2012-ci ildə 4 böyük hesablı qələbə qazanıb. Bunlardan 3-ü ev, 1-i səfərdə əldə olunub. "Rəvan"la martın 3-dəki görüşdə 4 cavabsız qol vuran komanda öz meydanında "Neftçi", "Bakı" və "Sumqayıt"dan aşkar üstün olub. Martın 11-də "Neftçi" 4:1, aprelin 29-da "Bakı" 4:0, avqutusn 26-da "Sumqayt" 4:1 hesabı ilə məğlub edilib. Yeganə böyükhesablı məğlubiyyət isə avqustun 18-də "Neftçi"dən alınıb – 0:3.

55030

İl ərzində keçirilən 5 matçı 55030 tamaşaçı izləyib. 17 ev oyununda 20880, 17 səfər qarşılaşmasında 34150 azarkeş qeydə alınıb. Mayın 5-də "Xəzər Lənkəran"la səfər oyununda rekord sayda 8000 tamaşaçı izləyib. Ev oyunlarında isə rekord 2500-ə bərabərdir. Aprelin 7-də "Xəzər Lənkəran", avqustun 26-da "Sumqayıt"la matçları bu qədər tamaşaçı seyr edib.

Son yazılar

To Top