Bu gün “Əlincə” stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.
Korner.az-ın məlumatına görə, qarşılaşma saat 16:30-da başlayacaq.
Azarkeşlərin stadiona girişinin sərbəst olacağı oyun İdman Azərbaycan televiziya kanalı və affa.az saytı vasitəsilə canlı yayımlanacaq.
