PAOK-un formasını geyinən Dimitar Berbatov karyerasında daha bir ilkə imza atıb.
Korner.az-ın məlumatına görə, 34 yaşlı bolqar futbolçu 14 ildən sonra ilk dəfə qırmızı vərəqə alıb.
O, AEK-lə oyunda meydandan qovulub. Buna səbəb Berbatovun rəqibinə dirsək atması olub.
Təcrübəli hücumçu karyerası ərzində Bolqarıstanın ÇSKA (Sofiya), Almaniyanın "Bayer", İngiltərənin "Tottenhem", "Mançester Yunayted", "Fulhem", Fransanın "Monako" və Yunanıstanın PAOK klublarında çıxış edib.