Millimizin hücumçusunun Mahaçqaladakı kədərli sonu – VİDEOSÜJET
08.06.2020 , 10:31

Azərbaycan yığmasının şərəfini xeyli sayda milliləşdirilimiş futbolçu qoruyub. Coğrafi yaxınlıq milli komandamızda Rusiyanın Dağıstan Respublikasında doğulan oyunçuların daha çox olmasını şərtləndirən əsas amillərdən biri olub. Onların içərisində hücumçu İbrahim Həsənbəyovun xüsusi yeri var.
Korner.az xəbər verir ki, Sportfm.az-ın baş redaktoru Araz Əhmədov bu dəfə 29 yaşında faciəvi şəkildə dünyasını dəyişən futbolçunun həyatına həsr edilən videosüjet hazırlayıb.
