big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

100-cü sayımız mübarək!!!

16.10.2015 , 12:21

Budəfəki təbrikim tam fərqlidir. Bu gün özümüz özümüzü təbrik edəcəyəm. Çünki 2 ildir çalışdığım “Qəbələ Ik Qəzeti” üçün əlamətdar gündür. Axı bu gün qəzetimizin yubiley – 100-cü sayı işıq üzü görüb.

“Qəbələ İK”da mənə bağlı 16 rəqəmi

Adətən 100 xüsusi rəqəm sayılır. Təsadüfi deyil ki, insana ad günündə 100 yaşa çatmağı arzulayırlar. “Qəbələ İK”mız hələ ki 100 yaşa çatmasa da, 100-cü saya çatdı. Bunun özü isə böyük göstəricidir. Hər halda, 4 ildən artıq bir müddətdə fasiləsiz fəaliyyət göstərmək az iş deyil.

Bu gün oktyabrın 16-dır və 16 rəqəminin “Qəbələ İK”-dakı karyeramda xüsusi yeri var. Çünki qəzetdə rəsmi fəaliyyətə başladığım gün məhz 16-da – 2013-cü ilin sentyabrın 16-da olub. Bunadək isə 2011/12 mövsümündə “Qəbələ”nin qəzetiylə ştatdankənar əməkdaşlıq etmişəm. Özü də bu, oktyabr ayında və 16-cı saydan (30-cü sayadək davam edib) başlayıb.

Göründüyü kimi, maraqlı təsadüflər çoxdur. Bu gün mənim üçün həm 100-cü saydırsa, həm də qəzetdə ilk yazımın 4 ilinin tamamıdır. 2011-ci ilin fevralın 7-də işıq üzü görən qəzetimizdə rəsmi fəaliyyətim 53-cü saydan başlayıb. Bu, mənim üçün artıq 48-ci nömrədir və deməli, növbəti ayda həm də şəxsi yubileyimi – 50-ci sayımı qeyd edəcəm.

Qəzetin bu günə gəlməsində əməyi olanlar

100 sayın yarıdan çoxunda iştirak etdiyim qəzetin bu günə, bu səviyyəyə gəlib çıxmasında bir çox insanların böyü xidməti var. Bu sırada xüsusi qeyd etməli olduğum dəyərli insanlar – baş redaktorumuz Rövşən Didavari (Didavari Rovshan), onun müavini İlham Rəfiyev (Ilham Rəfi) “Qəbələ İK”nın ilk sayından onunladır. 2011-ci ilin oktyabrında şəxsən tanış olduğum və məni bu qəzetlə əməkdaşlığa dəvət edən İlham Rəfiyev yaradıcılıq işlərində çox zəhmət çəkib. Kreativ dizaynerimiz Mahir Allahverdiyevin qəzetin gözəl tərtibatında böyük əməyi var. Nəhayət, 2 ildir Ukraynada yaşasa da, ürəyi bizimlə olan, qəzetlə əməkdaşlığı davam etdirən Agsin Aliyevin fəaliyyətini qeyd etməyə bilmərəm.

Jurnalist fəaliyyətimə 2011-ci ilin mayında məhz qəzetçilikdə – ölkənin ən populyar idman qəzeti olan “Futbol-plus Qəzeti”ndə başladığım zamanı onun 100-cü sayı artıq çıxmışdı. “Qəbələ İK”yla isə 100-a çatmaq mənə nəsib oldu. Həm də ona görə sevinirəm ki, çalışdığım bu 2 il “Qəbələ”nin ən uğurlu dövrünə təsadüf etdi. Əsas komandamızın çempionatda ilk medalını qazanmasını, ilk dəfə kubokun finalında oynamasını, avrokuboklarda debütünü, ilk qələbəsini, ilk mərhələ (və mərhələlər) keçməsini nə nəhayət, ən böyük uğur olan Avropa Liqasının qrup mərhələsinə qəzetin əməkdaşı kimi canlı şahid oldum və uğurların sevincini birgə yaşadıq. Necə deyərlər, davamı gəlsin, “Qəbələ”nin qrupdan çıxması, çempion, kubokun qalibi olması, Çempionlar Liqasında qrupa düşmək kimi uğurlarına da birgə imza ataq.

100-ü çatdıq, qarşıda 5 illik yubileydir

“Qəbələ”nin idman həyatını işıqlandıran “Qəbələ İK” hazırda ölkəmizdə klub qəzeti olan yeganə mətbu qurumdur. Bildiyimə görə, əvvəllər belə praktika 90-ci illərdə “Kəpəz” uğurla çıxış edən zamanı olub. “Qəbələ” 2013-cü ildən Futbol Klubundan İdman Klubuna çevrildiyindən, artıq bütün idman həyatını işıqlandırırıq. 2015-ci ilin iyununda keçirilən Bakı-2015 I Avropa Oyunları zamanı Azərbaycanın 53 mükafatçısı arasında “Qəbələ”nin 5 idmançısı (karateçi Rafael Ağayevlə bokçus Lorenzo Sotomayor qızıl, samboçular Amil Qasımovla Vasif Səfərbəyov gümüş, karateçi Niyazi Əliyev bürünc medal) olması təqdirəlayiq hal oldu. “Qəbələ İK” öz həyatı ilə yanaşı, futbolumuzda, idmanımızda baş verən hadisələri işıqlandırır.

Bəli, təbrik qəhrəmanlarım sırasına düşən “Qəbələ İK”nı, qəzetimizin rəhbərliyini, mehriban, səmimi kollektivimizi səmimi qəlbdən təbrik edərək, bol-bol uğurlar arzulayıram. İnşallah, çoxlu belə əlamətdar günlərimiz, növbəti yubiley saylarımız, ümumiyyətlə, yubileylərimiz olsun. Yubileydən söz düşmüşkən, qarşıdan bizi qəzetin 5 illiyi gözləyir. Buna isə 4 aydan az vaxt qaldı.

Təbriklər, “Qəbələ İK”!!!! 100-cü sayımız mübarək!!!

Mehman Süleymanov

Son yazılar

To Top