Serbiya kubokunda 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib. Korner.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Neftçi"nin rəqibi olan “Partizan” bu mərhələdə “Proleter” klubu ilə qarşılaşacaq. Matç sentyabrın 26-da keçiriləcək.
Qeyd edək ki, həmin görüşdən 6 gün öncə "Partizan" "Neftçi" ilə qarşılaşacaq.