İndi hansı klubumuzu dindirsən, deyəcək ki, məqsədim ölkə futboluna xidmətdi. Ölkə futboluna xidmət hansı formada olur? Futbolçu hazırlamaqla. Bəs sözləriylə əməlləri necə, üst-üstə düşürmü? Elə bu sualın iziylə düşdük yola. Başladıq yeni mövsüm üçün sifariş ərizələrini ələk-vələk eləməyə. Ki, görək hansı klubumuz daha millidi, hansının meyli xaricilərədi. Araşdırdıq və maraqlı nəticələr çıxdı ortaya.
"Bakı"
Sifariş etdiyi futbolçu sayı: 28
Legioner: 15
"İnter"
Sifariş etdiyi futbolçu sayı: 26
Legioner: 13
AZAL
Sifariş etdiyi futbolçu sayı: 28
Legioner: 11
"Rəvan"
Sifariş etdiyi futbolçu sayı: 26
Legioner: 11
"Neftçi"
Sifariş etdiyi futbolçu sayı: 27
Legioner: 9
"Qəbələ"
Sifariş etdiyi futbolçu sayı: 26
Legioner: 9
"Kəpəz"
Sifariş etdiyi futbolçu sayı: 25
Legioner: 8
"Xəzər-Lənkəran"
Sifariş etdiyi futbolçu sayı: 17
Legioner: 6
"Sumqayıt"
Sifariş etdiyi futbolçu sayı: 25
Legioner: 5
"Qarabağ"
Sifariş etdiyi futbolçu sayı: 27
Legioner: 5
"Turan"
Sifariş etdiyi futbolçu sayı: 24
Legioner: 5
"Simurq"
Sifariş etdiyi futbolçu sayı: 18
Legioner: 4