Referimiz Əliyar Ağayev futbol üzrə yeniyetmələrin (U-17) Avropa çempionatının final mərhələsinə ilk təyinatını alıb.
Korner.az-ın məlumatına görə, Ağayev AÇ-nin İsveçrə və Portuqaliya arasında keçiriləcək açılış oyunu idarə edəcək.
Qeyd edək ki, AÇ-nin final mərhələsinin oyunları Maltada keçirilir.