big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Əfv ərizəsi (YAZI)

04.07.2013 , 23:33

 

Bakı şəhəri, Binəqədi rayonu,
Xutor qəsəbəsi, sıra 8, ev 27 
ünvanında kirayə yaşayan
Saleh Oqtay oğlu Aslanovdan
“İnter” futbol komandasının
baş məşqçisi Kaxaber Cumberoviç Sxadadzeyə 

                                                                        ƏRİZƏ

 

Hörmətli cənab Kaxaber Sxadadze,

yazıb sizə bildirirəm ki, 4 iyul 2013-cü il tarixdə Bakı şəhərin möhtəşəm arenalarından olan, hörmətli AFFA prezidenti cənab Rövnəq müəllim Abdullayevin ölkə futboluna bəxş etdiyi “Bayıl Arena” stadionunda keçirilmiş “İnter” – “Mariehamn” oyunundan sonra təşkil olunan mətbuat konfransında Sizə verdiyim sualdan inanılmaz, hətta təsəvvür sərhədlərini cırıq-cırıq edəcək dərəcədə peşmanlıq çəkməkdəyəm. Siz konfransın gedişatında haqlı olaraq “biz birinci mərhələni keçməliyik, buna borcluyuq” deməklə nə qədər uzaqgörən, dahi məşqçi olduğunuzu göstərdiyiniz halda, mən böyük cahillik və nadanlığa qapılaraq “4 ildi işlədiyiniz komandayla Avroliqada 1 mərhələ keçməyə, təbii ki, borclusuz. özünüzü Azərbaycanda təsdiq etmisiz və artıq sıra Avropa meydanında təsdiqləməyə çatıb. İşdi, “Mariehamn” səddini keçə bilməsəz, “İnter”də işinizi davam etdirmək istəyəcəksizmi?” sualını verdim…

Siz də müdriklik göstərərək kinayəli şəkildə bildirdiz ki, “İstəyirsiz, bu gün gedim, mənimçün fərqi yoxdu. Elə sual verirsiz ki…” Cahilliyimə salıb ironiyanıza ironiyalı gülüşlə cavab verdim. Amma sağ olsun mətbuatdakı “dembellərimiz”, mətbuat konfransından sonra çəkdilər qırağa, o ki var danladılar, qabağıma qalaq-qalaq statistikalar, əks-arqumentlər, başıma da ağıl qoydular. Bütün günah korşalan yaddaşımdadı. 2009-cu ildən bəri “İnter” üçün gördüyünüz işləri necə oldu ki, bir anda unutdum – anlaya bilmirəm hələ də. İnandırım sizi, ərinmədim, oturub ensiklopediyaya baxdım, vikipediyanı ələk-vələk elədim ki, bəlkə məndən əvvəl də mənim kimi hərəkət eləyən olub – əvəzolunmaz baş məşqçiyə bəlkə yenə kimsə bu cür savadsız, əsassız, duzsuz sual verib. Çox axtardım, analoqu olmayan qələtdi mənimki…

Siz ki, nəinki Azərbaycan, hətta dünya futboluna adını qızıl hərflərlə yazdırmış adamsız. Siz ki, futbolçu kimi Gürcüstan yığmasının Avropada heç nə edə bilməyəcəyini uzaqgörənliklə görərək öz ölkənizi atıb, MDB yığmasına qoşulmuşduz. Görün nə qədər böyük futbolçu olmusuz ki, həmyerliləriniz hətta bu hərəkətinizə baxmayaraq, sizi yenidən Gürcüstan millisinə qəbul elədilər. Sizin bu böyüklüyünüzün timsalında Rusiyanın yox, Azərbaycanın yığma komandasında oynamağı seçən Nazim Süleymanovu şiddətlə qınayıram…

Siz ki, Azərbaycan futboluna bu qədər xidmət etmiş insansız, “Standard”la qazandığınız uğurların sayı o qədər çox oldu ki, axırda klub mükafatları saxlayacaq muzey qura bilmədiyi üçün xarakiri elədi… “İnter”dəki 4 illik fəaliyyətiniz ölkə futboluna Avropada neçə-neçə xallar yazdırıb. Məhz “İnter”in avrokuboklardakı uğurlu nəticələrinə görə bu il püşkatmada “səpələnmişlər” – zəiflərin güclüləri sırasında yer aldılar təmsilçilərimiz. Dəfələrlə eşitmişəm ki, Böyükağa Hacıyevlə Qurban Qurbanov bu bəxşişə görə sizin canınıza dua edirlər…

Siz ki, neçə-neçə gənc futbolçu vermisiz Azərbaycan futboluna. Hətta əcnəbi həmkarlarınızın bir çoxundan fərqli olaraq, bu illər ərzində bir nəfər də gürcü futbolçu gətirməmisiz ki, illərdi damla-damla topladığınız nüfuzunuza zərbə dəyər, deyərlər, buna bax, bizim futbolçular qalıblar qıraqda, özününküləri yedizdirir. Camaatın ağzı torba deyil ki, büzəsən, səs çıxmaya… Hər dəfə milli komandaların oyunları olanda “İnter”in düşərgəsi tamamilə boşalır, futbolçuların hamısı öz ölkələrinə gedirlər yığma komandalarına qoşulmaqçün…

Siz ki, dəfələrlə mətbuatın dostu adına layiq görülmüş adamsız. Əcnəbi həmkarlarınız jurnalistlərin üstünə çəmkirərkən, siz əsl alicənab şəxs kimi davranmısız. Hətta bir dəfə bir həmkarım sual verəndən sonra üstünüzə şığıyıbmış, sizi “razborkaya” çağırıbmış mətbuat konfransından sonra, amma siz yenə böyüklük edərək qalmaqala səbəb olacaq addım atmamısız, deyirlər…

Hətta dəyərli böyüklərimdən eşitdim ki, burda təmənnasız işləyirsiz. İşləyirsiz, amma pul almırsız. Ya da qəpik-quruşa işləyirsiz. Bu dövrdə bu qədər təmiz niyyətli, saf ürəkli insanı hardan tapmaq olar? Çətin məsələdi… Azərbaycanda tayınız-bərabəriniz yoxdu, cənab Sxadadze. Bizim nə həddimizə düşüb ki, sizi istefaya göndərək? Başqa millət olsa, sizin kimi əvəzedilməz məşqçinin ayaqlarına qapanar, hönkürtülü "GETMƏ!" kampaniyası-zad keçirər. Bizdə o ağıl, o uzaqgörənlik hardadı, cənab Sxadadze..?

Titullarınızı saymağa başlasaq, Böyükağa Hacıyevlə Qurban Qurbanov “Avroliqa” sözünü leksikonundan çıxardar, mənim kimi amneziyadan əziyyət çəkən Səbuhi Səfiyaroğlu gedib Sibirdə “şmotka” satar, bir də sizin adınızı dilinə gətirməz…

Futbolumuza və bütövlükdə dünya futboluna töhfələriniz saya-hesaba gəlməz. Ancaq dəyərli böyüklərimizin bir daha xatırlatdığı və yuxarıda qeyd elədiyim məqamlar da kifayət edir ki, verdiyim suala görə peşmanlıq keçirim…

Sizi əmin edirəm ki, əgər əfv olunaramsa, sizi harda görsəm, təzim edəcəm, milli komandanın baş məşqçisi postuna namizədliyiniz üçün kampaniya başladacam, hətta yaxın həmkarlarla birləşib Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, ölkəmizin fəxri vətəndaşı olmağınız üçün ölkə başçısına xahiş-minnət məktubu yazacaq, Bakı Dövlət Universitetinin fəxri doktoru adına layiq görülməyiniz üçün əməli işlərə başlayacağam.

Hörmətli cənab Kaxaber Sxadadze,
bir daha yersiz sualıma görə peşmanlıq keçirdiyimi ifadə edir və uca ədalətinizə sığınıram…


Saleh Aslanov
05.07.2013

Son yazılar

To Top