Ən yaxşı seçildi
29.06.2021 , 19:37
AVRO-2020-nin 1/8 final mərhələsində keçirilmiş Fransa – İsveçrə matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu İsveçrə yığmasının kapitanı Qranit Cakadır.
Fransa – İsveçrə matçının əsas və əlavə vaxtı 3:3 hesabıyla başa çatıb. Penaltilər seriyasında 5:4 hesabıyla qalib gələn isveçrəlilər 1/4 finala vəsiqə qazanıblar.