“Artıq 50 nəfərin qala biləcəyi otelin təməli atılıb və işlərə başlanılıb. Bundan başqa, həmin ərazidə 4 meuydançanın salınması planlaşdırılır”.
Korner.az-ın məlumatına görə, “İmarət” fan-klubunun ilin sonuna həsr olunmuş mükafatlandırma tədbirində “Qarabağ” Futbol Klubunun direktoru Əmrah Çelikəl deyib.
Əmrah Çelikəl əsas meydançanın da yenidən qurulacağını qeyd edib: “İnşallah, inşaat işləri tamamlananda əsas meydançanın da yeniləndiyini görəcəksiz. İşlərimiz çox sürətlə aparılacaq. Bu gün də Suraxanıya getsəz, əvvəlki vəziyyətdən əsər-əlamətin qalmadığını görəcəksiz“.
Direktor otelin inşaatının gələn ilin ortalarınadək tamamlanacağını, bütün işlərə isə yeni mövsümün əvvəlinədək yekun vurulacağını deyib.