“Əl-Əhli”dən Super Liqa klubuna
09.07.2024 , 15:56
“Fənərbağça” yeni transferini rəsmiləşdirməyə yaxındır.
Korner.az xəbər verir ki, İstanbul klubu “Əl-Əhli”dən Allan Sent-Maksimeni heyətinə cəlb etmək istəyir.
Türkiyə mətbuatı yazır ki, tərəflər arasında ilkin razılıq əldə olunub.
27 yaşlı futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.