“Milan” onu transfer edir
09.07.2024 , 15:40

“Lill”lə müqaviləsi başa çatan və klubundan ayrılan Yusuf Yazıcı “Milan”ın transfer gündəminə düşüb.
Korner.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport”da xəbər yer alıb.
Xəbərə görə, Yusuf Yazıcı ilə “Milan” və “Fənərbağça” yaxından maraqlanır. İtaliya klubunun futbolçu ilə rəsmi görüş keçirmədiyi, lakin tezliklə danışıqlara başlaya biləcəyi qeyd edilib.
Bildirilib ki, “Milan” Yusufu istəsə, büdcəsini sarsıtmayacaq bir qonorar qarşılığında heyətinə cəlb edəcək.
Yusuf Yazıcı ötən mövsüm “Lill”in heyətində 42 oyun keçirib. Futbolçu sözügedən matçlarda 12 qol vurub, 4 məhsuldar ötürmə edib.
Mina Musayeva
