“Zirə”nin futbolçusu əməliyyat olundu
02.06.2021 , 18:51
“Zirə”nin futbolçusu David Volkov cərrahiyə əməliyyatı olunub.
Korner.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.
Gürcüstanlı hücumçu İstanbulda çiyinindən artroskopik əməliyyat keçirib.
Volkovun 6 həftədən sonra məşqlərə başlayacağı gözlənilir.