big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Zirə” üçün əlamətdar oyun

28.08.2023 , 13:06

“Zirə” Azərbaycan çempionatları tarixinə startda ardıcıl 4 qələbə qazanan 10-cu komanda kimi düşüb.

Korner.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə “Qarabağ”, “Kəpəz” və “Sabah”ı eyni – 1:0, “Səbail”i 2:1 hesabı ilə məğlub edib.

Qəsəbə təmsilçisi tarixində ilk dəfə yarışa belə uğurla başlayıb. 1992-ci ildən keçirilən yarışda bunadək 9 komanda belə starta imza atıb.

“Qarabağ” hamıdan çox – 5 dəfə (2003/04, 2013/14, 2017/18, 2019/20, 2022/23) ilk dörd oyununda 12 xal toplayıb. “Neftçi” dörd fərqli mövsümə (1992, 1994/95, 1996/97, 2000/01) 4 qələbə ilə başlamağı bacarıb. “Şəmkir” (2001/02, 2003/04) və “Xəzər Lənkəran” (2006/07, 2007/08) hərəyə iki, digər 5 komanda isə “Zirə” kimi bir dəfə belə starta sevinib. “Xəzri” 1995/96, “Kəpəz” 1998/99, AZAL 2007/08, “Şəfa” 2003/04, “Sabah” 2022/23 mövsümünün əvvəlində qarşısıalınmaz olmağı bacarıb.

Qeyd edək ki, startda dörd məğlubiyyət alan yeganə komanda “Qəbələ” də ilk dəfə belə seriya yaşayıb.

Son yazılar

To Top