“Zirə”nin müdafiəçisi “Kəpəz”də
01.02.2022 , 10:56
“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Gəncə təmsilçisi Eldost Qiyasbəylini heyətinə cəlb edib. Gənc müdafiəçi ilə sonradan 1 il də artırılması mümkün olan 6 aylıq müqavilə bağlanılıb.
Qiyasbəylinin sonuncu klubu “Zirə-2” olub.