Zaretskadan qızıl medal
23.06.2023 , 20:45

Azərbaycanın qadın karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarında qızıl medal qazanıb.
Korner.az xəbər verir ki, 68 kq-da çıxış edən təmsilçimiz finalda Yelena Kuiriçə (İsveçrə) 4:1 hesabı ilə qalib gəlib.
O, bundan əvvəlki mərhələlərdə Qalina Melniki (Ukrayna), Anita Makyan (Ermənistan), Alize Ajyeni (Fransa) məğlub edib.
Bununla da, o, karyerasında ikinci dəfə Avropa Oyunlarının qalibi olub.
