“Neftçi” onu göndərdi
23.06.2023 , 20:57
“Neftçi” futbolçu Mert Çeliklə yolları ayırıb.
Korner.az xəbər verir ki, onunla icarə müqaviləsi başa çatıb. Bu barədə klubun mətbuat ximdəti məlumat yayıb.
23 yaşlı Mert 2020-ci ilin sentyabrından etibarən “Neftçi”nin heyətində 52 oyun keçirib, 2 qol vurub. O, müqavilə ilə Türkiyənin “İstanbul Başakşehir” klubuna məxsusdur.