İtaliyanın “İnter” klubunda 19 il forma geyinərək futbolu da, elə həmin klubda buraxan argentinalı Xavier Zanetti komandada işləyəcək.
Korner.az-ın məlumatına görə, “İnter” komandası onu kluba prezident köməkçisi kimi gətirməyi planlaşdırır.
Karyerası mükafatlarla zəngin olan canlı əfsanə 2010-cu ildə UEFA Çempionlar liqasının qalibi olmuşdu.