FİFA tərəfindən cəza aldıqdan sonra uruqvaylı futbolçu nəhayət ki, bu barədə öz mülahizələrini bildirib.
Korner.az–xəbərinə görə, Luiz Suarez italyan müdafiəçi Ciorcio Çellinini dişlədiyi üçün hərkəstən üzr istədiyini bildirib.
Ulduz futbolçu “Çellinidən və bütün azarkeşlərdən üzr istəyirəm. Karyeram boyunca bir daha bu hərəkəti təkrarlamıyacam” ifadələrini işlədib.
Xatırladaq ki, FİFA Suarezə 9 oyun millidə oynamamaq və 9 ay heçbir futbol klubunda oynamamaq cəzası vermişdi.
