Avstriyanın “Zalsburq” klubu “Anderlext”dən yeni transfer etdiyi futbolçu Massimo Brunonun vurduğu qolla qələbəyə sevinib.
Korner.az-ın məlumatına görə, ölkə çempionatının 3-cü turunda “Ried” klubuna qonaq olan “Zalsburq” klubu 3 xalı 2 qolla əldə edib. Komandanın ikinci qolunu Massimo Bruno 90-cı dəqiqədə vurub. Bununla da 3 oyunda maksimum nəticə göstərən “Zalsburq” klubu liderliyini qoruyur.
Qeyd edək ki, Brunonun ÇL III təsnifat mərhələsind “Qarabağ”la oyunda da meydana çıxacağı gözlənilir.