"Yuventus"un baş məşqçisi Antonio Konte sabiq komandası "Siena"da çalışdığı vaxtda danışılmış oyunlarla bağlı 3 ay diskvaliflkasiya olunub.
Korner.az-ın məlumatına görə, mütəxəssis 3 ayla yanaşı 200 min avro pul cəzası da alıb.
"Qoca sinyora"nın hansı qərar alacağı sual altındadır. Əgər Antonio Konte ilə davam edərlərsə bir neçə müddətlik komanda baş məşqçisiz qalacaq.