"Yuventus" futbolçuları: Canluici Buffon, Leonardo Bonucci və Stefan Lixştayner "Barselona"nın hücumçusu Leonel Messi haqda UEFA-ya açıqlama verib.
Korner.az-ın məlumatına görə, turinli futbolçular argentinalı "sehirbaz"ın ünvanına xoş sözlər yağdırıb.
Buffon: "Messi bizim planetdən deyil. Onu bizimlə müqayisə etmək düzgün olmaz. Biz şənbə günü onu yerə endirməyə çalışacağıq"
Bonuççi: "Messini bir kəlimə ilə ifadə etmək? O, yadplanetlidi"
Lixştayner: "Messi futbol tarixinin ən güclü futbolçusudu. Ona qarşı oynayan hər komanda mütləq müdafiə haqda düşünməlidi"
