“Yuventus” İtaliya çempionu oldu
20.04.2019 , 21:58

İtaliya çempionatını 33-cü turu çempionun müəyyənləşməsi ilə yadda qalıb.
“Yuventus” doğma meydanda “Fiorentina” ilə qarşılaşıb. Görüşdən 2:1 hesablı qələbə ilə ayrılan Turin təmsilçisi ardıcıl 8-ci dəfə ölkə birinciliyinə sahib çıxıb.
İtaliya çempionatı / 34-cü tur:
20 aprel, şənbə
“Yuventus” – “Fiorentina” 2:1
Qollar: 7′ Nikola Milenkovic (0:1), 37′ Aleks Sandro (1:1), 54′ Jerman Pezella (avtoqol) (2:1)
