Ronaldo bunu bacaran ilk futbolçu oldu
20.04.2019 , 22:21
İtaliya çempionatının qalibi olan Kriştiano Ronaldo yeni rekord müəyyənləşdirib.
Portuqaliyalı oyunçu futbol tarixində Premyer Liqa, La Liqa və Serie A çempionluğu yaşayan ilk futbolçu kimi adını tarixə yazdırıb.
Qeyd edək ki, Kriştiano Ronaldo bundan əvvəl “Mançester Yunayted” (İngiltərə) və “Real” (İspaniya) ilə ölkə çempionluqları yaşayıb.