“Yuventus” baş məşqçi vəzifəsinə onu gətirir
11.06.2024 , 18:11
Massimiliano Alleqri ilə yollarını ayıran “Yuventus” yeni baş məşqçi axtarışındadır.
Korner.az xəbər verir ki, klub bu gün Portuqaliyada “Bolonya”dan ayrılan italiyalı baş məşqçi Tiaqo Motta ilə görüşəcək.
Bu barədə İtaliya mətbuatında xəbər yer alıb.
Xəbərdə, Turin təmsilçisi Motta ilə 3 illik yeni müqavilə imzalayacağı bildirilib.
“Bolonya”nın rəhbəri kimi bu mövsüm 42 matça çıxan Motta 21 qələbə, 14 heç-heçə və 7 məğlubiyyət əldə edib.
Mina Musayeva