Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən “Simurq” – “Qəbələ” oyununda qolsuz bərabərlik qeydə alınıb.
Hər iki klubun baş məşqçisi oyundan sonra fikirlərini mətbuatla bölüşüb.
Yuri Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Bütün oyunlar gərgin keçir, heç-heçəni ədalətli nəticə sayıram. Oyun ərzində 1-2 real qol imkanımız oldu. Futbolçular var gücü ilə oynadılar, buna görə minnətdaram. Lakin bəzi epizodlarda keyfiyyətli son vuruşu vurmaq alınmadı, xüsusən də Mendi və Leonardoda. Bu gün 1 xal qazandıq. “Simurq” evində çox yaxşı oynayır, yaxşı müdafiə olunur”.
George Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Oyun maraqlı və sürətli oldu. Hər iki komanda qələbə üçün oynayırdı. Bir neçə təhlükəli qol imkanı yaratdıq, lakin istifadə edə bimədik”.