big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Yunis Hüseynov: “Nəticə başqa cür ola bilərdi”

11.02.2018 , 15:50

Topaz Premyer Liqasında XV turun “Neftçi” – “Kəpəz” (1:0) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Yunis Hüseynov jurnalistlırin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Yeni bir “Kəpəz” var idi. Komandada çoxlu dəyişikliklər olub. Buna baxmayaraq, komandanın oyunundan narazı qalmadım. Orta xətdə oyunu rəqibə vermək öz taktikamız idi. Əks-hücumlardan oynamaq istəyirdik. İmkanalrımız oldu və rəqibə 100 faizlik epizodlar vermədik. Oyunun axırında qol buraxdığımız üçün təəssüflənirik. Məncə, oyun heç-heçə bitməliydi. Mübariz komandamız olacaq. Bəzi porblemləri aradan qaldırmalıyıq. Getdikcə nəticə qazanacağıq.

– Dario Federikonun transfer vərəqi hələ gəlməyib. Bu problem nə ilə bağlı oldu?
– Bizdən asılı deyildi. Sırf Koreya klubundan yaranan problem idi. Kağızı səhv göndərmişdilər. Ona görə bunu yeniləmək lazım idi. Təəssüf ki, gecikdi. Bu gün Federiko olsaydı, nəticə tam başqa ola bilərdi. Bizim itkimiz o idi.

– Dieqonun artıq çəkisi görünürdü, həm də ağır idi…
– Artıq çəkisi yoxdur. Hər gün bunu yoxlayırıq. Artıq çəkiyə görə cərimə tətbiq edirik.Təlim-məşq toplanışını başlayandan çəkini diqqətdə saxlayırıq. Onun bədən quruluşu elədir.

– “Kəpəz” meydana hansı nəticə üçün çıxmışdı?
– Qəbələ üçün. Əzmkar komanda görmək istəyirdim. Avrokuboklara oynadığımızı desəm, yalan olar. İstəyimiz bacardığımız qədər xal toplamaqdı. Komandamdan 70 faiz razı qaldım.

– Yeni transferiniz Şeldon Vinçesteri tez əvəzlədiz. Bunun səbəbi nə idi?
– Ondan narazı qalmadım. Komandaya yeni qoşulub. Onun təcrübəsindən istifadə etmək istədim. Çünki, “Neftçi” Vinçesteri tanımırdı. Pis təsir bağışlamadı. Amma komandaya uyğunlaşması üçün vaxt lazımdı.

– Qış fasiləsindən əvvəl dəyişikliklər abrədə danışırdız və heyəti yenilədiz. Bu komanda sizi qane edirmi?
– Bəli. Keçənilki ilə indiki komandanı müqayisə etmək istəmirəm. O heyətdən iki futbolçu meydanda idi. Qalan hamısı yenilərdi. Komanda pis təsir bağışlamadı. Getdikcə daha yaxşı olacaq və komandanın oyunu hamının xoşuna gələcək.

– Antalyadakı oyunları əsasən Dario Federikonun üzərində qurulurdu. Bu, o deməkdir ki, komandanın oyun üslubu belə olacaq?
– İlk yoxlama oyunumuzda meydana çıxmamışdı. Yalnız 3 və 4-cü matçlarda meydanda idi. Bu gün oynasaydı, nəticə tamam fərli olacaqdı. Çünki o, əks-hücumlarda çox yaxşı idi. Belə imkanlarımız da oldu.

– Razı olduğunuz məqamları dediz, bəs nədən narazı qaldız?
– Qapımıza vurulan qol epizodundan narazı qaldım. Futbolçulara tapşırmışam ki, bir saniyə də “boşalmaq” olmaz. Uşaqlar dedilər, oyundankənar vəziyyət var idi. Orda əl qaldırmaq yox, mübarizə aparmaq lazım idi.

– Reqlamentə görə 8-ci yeri tutan Premyer Liqanı tərk etməlidi. Ancaq Azərbaycan futbolunda bu, həmişə baş vermir. Komandanın elitada qalacağına dair əminliyiniz varmı?
– Onu siz məndən yaxşı bilirsiz. Mən kluba cavabdehəm. İstəyirik ki, xal toplayıb irəliləyək. Komandanın gəlib-gəlməyəcəyini isə siz məndən yaxşı bilirsiz.

Son yazılar

To Top