Futbol üzrə milli komandamızın sabiq üzvü, ölkəmizdə "Simurq", AZAL, "Qəbələ", Türkiyədə isə "Dənizlispor" klubunun formasını geyinmiş Arif İsayev bu gün "subaylığın daşı"nı atıb.
Korner.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçinin toy mərasimi Bakıda keçirilib.
Mərasimə qatılan Kamran Ağayev, Rasim Ramaldanov, Ruslan Abışov, Elvin Məmmədov, Saşa Yunisoğlu, Ruslan Əmircanov, Nodar Məmmədov, Aqil Məmmədov, Vurğun Huseynov, Elnur Abdullayev və s. futbolçular İsayevin şad gününə şahidlik ediblər.
