17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi son oyunun vaxtı dəyişdirilib. Korner.az-ın məlumatına görə, yığmamız noyabrın 3-də Xorvatiya komandası ilə əvvəlcədən xəbər verildiyi kimi saat 18:00-da deyil, saat 14:00-da qarşılaşacaq.